14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Hərbi Hava Qüvvələrinin helikopter bölmələri təlim keçib - Video
Tarix: 17-10-2023 13:06 | Bölmə: Gündəm
Hərbi Hava Qüvvələrinin helikopter bölmələri təlim keçib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim keçirilib.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bazalanma aerodromlarından uçuşlar edən helikopterlər təlimin planına uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər.

Helikopter bölmələrinin döyüş və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}