20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Zakir Həsənov Özbəkistana rəsmi səfərə gedib - Yenilənib
Tarix: 19-10-2023 14:04 | Bölmə: Gündəm
Zakir Həsənov Özbəkistana rəsmi səfərə gedib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistana rəsmi səfərə gedib.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, səfər Özbəkistanın müdafiə naziri general-leytenant Baxodir Kurbanovun dəvəti ilə həyata keçirilir.

Səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.

***

Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun dəvəti ilə bu ölkəyə rəsmi səfər edən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 19-da “Bahouddin Nəxşbəndi” memorial kompleksində olub.

Reyting.az
 Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, komplekslə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov "Buxara" ümumqoşun poliqonuna gəlib.

Rəsmi qarşılanma mərasimi keçirilib. Müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himni səsləndirilib.

Müdafiə nazirləri arasında əvvəlcə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, hər iki ölkənin mütəxəssislərindən ibarət heyətin mütəmadi olaraq qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonra poliqonun fəaliyyəti, maddi və tədris bazası ilə tanışlıq olub. Burada qonaqlara hərbi qulluqçuların nümunəvi məşğələləri nümayiş etdirilib.

Daha sonra qarşılıqlı hədiyyələr təqdim edilib və birgə xatirə şəkli çəkdirilib.

Yekunda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı" imzalanıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər