Dövlət Komitəsinə aparat rəhbəri təyin edildi
Tarix: 04-05-2016 13:25 | Bölmə: Gündəm


Dövlət Statistika Komitəsinə (DSK) yeni aparat rəhbəri təyin edilib.

Bu vəzifə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkının direktor müavini Cabbar Musayevə həvalə olunub. O, aprelin 13-dən vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, bu təyinata qədər DSK-nın aparat rəhbəri Vahab Məmmədov olub.

V.Məmmədov prezident İlham Əliyevin fevralın 17-də imzaladığı sərəncamla Dövlət Statistika Komitəsi sədrinin birinci müavini təyin edilib.

APA





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər