17:18 / 23-10-2025
Əfqan Sadıqov həbs olunub
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
Tarix: 17-10-2025 16:46 | Bölmə: Xəbərlər
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir

"Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyü məsələsinə baxılır".

Reyting.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib.

"Biz də son hadisələrə təəssüf edirik. Məsələ məhkəmə qərarından sonra müzakirə olunacaq", - deyə İsa Həbibbəyli bildirib.

Qeyd edək ki, oktyabrın 16-da Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.

Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub./APA




Bölməyə aid digər xəbərlər
22-10-2025, 14:41 Yeni medal təsis edilib