Komando bölmələrinin taktiki xüsusi hazırlıq təlimi davam edir - Video
Tarix: 15-01-2024 12:31 | Bölmə: Gündəm
Komando bölmələrinin taktiki xüsusi hazırlıq təlimi davam edir

Cari ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrinin taktiki-xüsusi hazırlıq üzrə məşğələləri davam edir.

Reyting.az
 Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, plana əsasən, təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar icra edilib.

Ərazinin vizual müşahidəsi aparılmaqla şərti düşmən obyekti qiymətləndirilib, daha sonra onun hərbi texnikası pusquya salınıb və qruplaşma üzvləri ələ keçirilib.

Sərt iqlim şəraitində keçirilən taktiki-xüsusi məşğələlərdə komandolar yüksək peşəkarlıq və dəqiqlik nümayiş etdiriblər.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}