18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
16:42 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - Fotolar
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
10:21 / 02-02-2026
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb
10:16 / 02-02-2026
Əli Əsədov qərar imzalayıb
10:12 / 02-02-2026
Bataqlıqların itirilməsi qlobal iqtisadiyyatı təhdid edir
09:55 / 02-02-2026
Əfqanıstan ŞƏT-də iştirakını bərpa edəcək
09:49 / 02-02-2026
OPEC+ martın əvvəlinədək neft hasilatını dondurub
09:40 / 02-02-2026
Meyxanaçı: "Hər şeyi darmadağın etdilər"
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
11:03 / 29-01-2026
Şaraa Əsədi geri almaq istəyir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Prezident İlham Əliyev Lənkəran rayonuna gedib - (Yenilənib) - Fotolar
Tarix: 16-01-2024 18:04 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran rayonuna səfər edib.
Reyting.az" xəbər verir ki, dövlətimizin başçısı “Lenk Fruit” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Lənkəran rayonunun Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şəraitlə tanış olub.
“Lenk Fruit” MMC-nin direktoru Namiq Cəbiyev Prezident İlham Əliyevə yeni sitrus bağı haqqında məlumat verildi. Bildirildi ki, bağın ümumi ərazisi 150 hektardır. Burada əsasən Türkiyədən gətirilmiş 141 min ədəd sitrus meyvələri, şaftalı və nektarin ağacı əkilib. Ümumi dəyəri 10,7 milyon manat olan layihə üçün Sahibkarlığın İnkişafı Fondu tərəfindən müəssisəyə 1 milyon manat güzəştli kredit və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 148 min manat faizsiz kredit verilib.
Ən müasir aqrotexniki xidmətlərin göstərildiyi bağda damcı üsulu ilə müasir suvarma şəbəkəsindən istifadə edilir. Bundan başqa, sitrus bağında respublikada ilk dəfə olaraq qış aylarında şaxtanın temperaturunu normal dərəcəyə salan, dəyəri 2,2 milyon ABŞ dolları olan 15 ədəd xüsusi avadanlıq quraşdırılıb. Bir avadanlıq 9 hektar ərazini şaxtadan qoruyur. Növbəti illərdə daha 5 ədəd belə avadanlığın quraşdırılması nəzərdə tutulub.
Bildirildi ki, hazırda təsərrüfatda 110 hektar sahədə naringi və limon, 20 hektarda şaftalı, 5 hektar sahədə nektarin və 7 hektarda giləmeyvə bağı salınıb. Sitrus əkin sahələrinin məhsuldarlığı hər hektardan 35-40 ton təşkil edəcək ki, bu da yerli növlərlə müqayisədə 2-3 dəfə çoxdur.
Qeyd olundu ki, 2023-2024-cü təsərrüfat ilində 3 min ton məhsul yığılıb və hazırda yığım davam etdirilir. İstehsal olunan meyvələr ölkə bazarlarında satılmaqla yanaşı, Rusiyaya da ixrac edilir. Gələcəkdə təsərrüfatın daha da genişləndirilməsi, o cümlədən dağətəyi ərazilərdə terras əkin sxemləri ilə sitrus sahələrinin yaradılması üçün hazırlıq işləri aparılır.
Hazırda təsərrüfatda 140 nəfər işlə təmin olunub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışını edib.
Reyting.az xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, Lənkəran regional “ASAN xidmət” mərkəzi rayonun Qurumba kəndində inşa edilib. Mərkəz üçün ayrılmış iki hektar ərazidə üçmərtəbəli inzibati bina, fəvvarə, yerüstü avtomobil dayanacağı, istirahət və uşaq əyləncə meydançası, “ASAN Kafe” yaradılıb.
Dövlətimizin başçısı Lənkəran regional “ASAN xidmət” mərkəzini işə salıb.
Məlumat verilib ki, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında qeydiyyatda olan ümumilikdə 500 minə yaxın vətəndaşa xidmət edəcək mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Burada 214 əməkdaş və 40 könüllü çalışacaq.
Mərkəz videomüşahidə kameraları, yanğınsöndürmə, mərkəzləşdirilmiş havalandırma sistemləri, “ASAN ödəniş” terminalları, elektron şikayət, elektron rəy sorğusu və Çağrı mərkəzinə zəng köşkləri və müasir avadanlıqlarla təchiz edilib.
Regionda startapların inkişafını təmin etmək məqsədilə burada “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi də fəaliyyət göstərəcək.
Burada, həmçinin ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyət göstərməsi nəzərdə tutulur. Əsas məqsəd qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə müxtəlif özəl və dövlət qurumlarında çalışan kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir.
Qeyd olunub ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar “ASAN xidmət” mərkəzlərində innovativ həll təmin edilib. Belə ki, mərkəzlərdə olan “ASAN növbə” terminallarına “Seçici statusunu yoxla” adlı funksional bölmə əlavə olunub. Vətəndaşlar şəxsiyyət vəsiqələrini qeyd edilən yerdə oxudaraq adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər. Həmçinin qeydiyyat üzrə seçki dairəsi və məntəqəsi, səs veriləcək seçki məntəqəsinin ünvanı haqqında məlumatları əldə etmək mümkündür. Bu yeni layihə Mərkəzi Seçki Komissiyası və “ASAN xidmət”in birgə layihəsi çərçivəsində reallaşdırılıb. Eyni zamanda, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “ASAN xidmət” tərəfindən həyata keçiriləcək tədbirlərlə bağlı da konseptual plan hazırlanıb. Plana əsasən, bir sıra forum, müsabiqə, hakaton və festivallar təşkil olunacaq.
Dövlətimizin başçısına Lənkəran “ASAN xidmət” mərkəzində tətbiq olunacaq innovativ yeniliklər - İntellektual məhsul ixracı, Etimad Fondu, Dövlət Xidmətlərinin Akselerasiya Mərkəzi, Universal operator, Süni intellekt əsaslı xidmətlər və smart qolbaq barədə məlumat verilib. İşğaldan azad olunmuş ərazilərdə “ASAN xidmət”lə əlaqədar bildirildi ki, mərkəzlərin qurulması üçün Dövlət Agentliyi tərəfindən 7 rayonda təhlillər aparılıb. Təhlillər nəticəsində proqnozlaşdırılan müraciət sayı və əlverişli coğrafi mövqeyə uyğun olaraq Ağdam, Laçın və Cəbrayıl rayonlarında “ASAN xidmət” mərkəzlərinin qurulmasının məqsədəuyğunluğu müəyyənləşdirilib. Eyni zamanda, hazırda Şuşa şəhərində də “ASAN xidmət”in binasının inşası davam etdirilir.
Qeyd edək ki, hazırda ölkəmizdə 26 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Lənkəran “ASAN xidmət” mərkəzi sayca 27-cidir.
"ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən vətəndaşlara ümumilikdə 400-ə yaxın, “ASAN kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 xidmət göstərilir.
Bu il yanvarın 8-dək “ASAN xidmət” mərkəzlərinə 8 milyon 890 mindən çox vətəndaş tərəfindən 70 milyona yaxın müraciət daxil olub. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 faiz təşkil edir.
Dövlət Agentliyi “ASAN xidmət” modelinin ixracı ilə bağlı 20-dən çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalayıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleksdə yaradılan şəraitlə tanış olub.
Reyting.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Reyting.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Bölməyə aid digər xəbərlər

Bu gün, 11:04
Milli Məclisin iclası başlayıb
Bu gün, 10:16
Əli Əsədov qərar imzalayıb
Bu gün, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib
Bu gün, 09:14
Prezident Gənclər Günü münasibətilə paylaşım edib - Foto
Bu gün, 00:22
Bu gün Azərbaycanda Gənclər Günüdür
31-01-2026, 21:10
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
31-01-2026, 09:42
WUF13-lə bağlı dünya parlamentlərinə çağırış olunub
30-01-2026, 20:01
Prezident icra başçısını vəzifədən azad edib - Foto
30-01-2026, 12:29
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları gedib
30-01-2026, 09:46
Ərdoğan: Türk dünyası XXI əsrə öz izini qoyacaq
29-01-2026, 19:13
WUF13: tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
29-01-2026, 15:40
Əli Əsədov daha bir qərar imzalayıb
29-01-2026, 13:48
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
29-01-2026, 10:03
Məhkəmə qərarı olmadan axtarış aparılma halları genişlənir
28-01-2026, 19:08
Azərbaycan və Gürcüstan DİN-ləri arasında əməkdaşlıq sazişi təsdiqlənib
28-01-2026, 16:13
Sahibə Qafarova Omana səfər edib
28-01-2026, 13:38
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
28-01-2026, 00:36
Ərdoğanla Tramp Sülh Şurasını müzakirə ediblər
27-01-2026, 18:09
Xəzərin və Bakı buxtasının ekoloji vəziyyəti ilə bağlı iclas keçirilib
27-01-2026, 16:54
Prezident iki nazir müavini təyin edib - Fotolar
27-01-2026, 14:44
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
27-01-2026, 13:20
Zəngilana köç karvanı gedib - (Yenilənib)
27-01-2026, 12:16
İlham Əliyev yeni müəssisənin təməlini qoyub - Fotolar
27-01-2026, 12:08
Sumqayıtda daha bir müəssisənin açılışı olub
27-01-2026, 11:56
Bakı və Abşeronun su təchizatı ilə bağlı sərəncam imzalanıb
27-01-2026, 11:35
Prezident Sumqayıtda zavodun açılışında iştirak edib - Fotolar
26-01-2026, 17:30
Sosial şəbəkələrdə qanunu pozan paylaşım edənlər cəzalandırılacaq
26-01-2026, 17:21
Nazir müavinlərinin sayı artırılıb
26-01-2026, 17:20
Prezident İlham Əliyev daha bir fərman imzalayıb
26-01-2026, 16:28
Prezident daha bir dəyişikliyi təsdiqləyib - Cərimələr artıb
26-01-2026, 16:20
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
26-01-2026, 14:42
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
26-01-2026, 13:48
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - (Yenilənib)
26-01-2026, 11:42
İlham Əliyev general-qubernatoru təbrik edib
26-01-2026, 10:40
İlham Əliyev İsrailin xarici işlər nazirini qəbul edib - Fotolar
26-01-2026, 10:32
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
24-01-2026, 09:50
ABŞ-nın vitse-prezidenti Azərbaycana səfərə hazırlaşır
24-01-2026, 09:20
Donald Tramp İlham Əliyevə təşəkkür edib
23-01-2026, 16:55
Dini konfessiya rəhbərləri İlham ƏIiyevi təbrik ediblər
23-01-2026, 10:01
Milli Məclisdə Şəhərsalma və Memarlıq İli ilə bağlı konfrans keçiriləcək
22-01-2026, 22:04
Prezident Davosda kimlərlə görüşüb? - Siyahı
22-01-2026, 16:40
İlham Əliyevlə Donald Tramp Davosda görüşüblər - (Yenilənib)
22-01-2026, 14:06
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər