Hikmət Hacıyev Fəxrəddin Altunla görüşüb - Foto
Tarix: 19-01-2024 15:16 | Bölmə: Gündəm
Hikmət Hacıyev Fəxrəddin Altunla görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.

Reyting.az
xəbər verir ki, bu barədə Fəxrəddin Altun paylaşım edib.

F. Altun H. Hacıyevlə Türkiyədə məhsuldar görüş keçirdiklərini yazıb:

“Regional və beynəlxalq müstəvidə dost və qardaş Türkiyə və Azərbaycan arasında informasiya, media və ictimai diplomatiya sahəsində, eyni zamanda, dezinformasiya ilə mübarizə sahəsində iş birliyini gücləndirməyə böyük əhəmiyyət veririk. Bundan sonrakı müddətdə media və informasiya sahəsindəki iş birliklərimizi artıracaq, beynəlxalq sahədə iki dost və qardaş ölkə olaraq həqiqət mübarizəmizi aparmağa davam edəcəyik”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}