Xankəndidə yenə silah-sursat tapılıb
Tarix: 22-01-2024 10:04 | Bölmə: Gündəm
Xankəndidə yenə silah-sursat tapılıb

Polis əməkdaşları Xankəndi şəhəri ərazisində növbəti dəfə silah-sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 20-21 yanvar tarixlərində Xankəndi şəhəri ərazisində 10 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 4 ədəd müxtəlif markalı tapança, 2 ədəd tüfəng, 4 ədəd qumbara, 52 ədəd patron darağı, 1972 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}