13:14 / 16-05-2024
Azərbaycanda əhali artıb
12:57 / 16-05-2024
Sabah yağış yağacaq
Əli Əsədov Bakıda Rusiyanın fövqəladə hallar naziri ilə görüşüb - (Yenilənib)
Tarix: 30-01-2024 18:58 | Bölmə: Gündəm
Əli Əsədov Bakıda Rusiyanın fövqəladə hallar naziri ilə görüşüb - (Yenilənib)

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Azərbaycanda işgüzar səfərdədir.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Səfərin məqsədi və proqramı hələ ki məlum deyil(Report).

***

Baş nazir Əli Əsədov Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Aleksandr Kurenkov ilə görüşüb.

Reyting.az
Nazirlər Kabinetinə istinadla xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının yüksək səviyyədə olduğu vurğulanıb.

İki ölkə arasında bütün sahələrdə, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın fəal inkişafı vurğulanıb.

Tərəflər Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2024-2026-cı illər üçün Birgə Fəaliyyət Planının imzalanmasının vacibliyini qeyd ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}