Əli Əsədov Türkiyənin təhsil naziri ilə görüşüb
Tarix: 31-01-2024 16:30 | Bölmə: Gündəm
Əli Əsədov Türkiyənin təhsil naziri ilə görüşüb

Yanvarın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinlə görüşüb.

Nazirlər Kabinetindən Reyting.az-a bildirilib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Təhsil sahəsi Azərbaycan-Türkiyə əlaqələrinin vacib istiqaməti kimi dəyərləndirilib, bu sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}