18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Prezident seçkiləri ilə əlaqədar təşviqat dayandırılıb
Tarix: 06-02-2024 08:23 | Bölmə: Gündəm
Prezident seçkiləri ilə əlaqədar təşviqat dayandırılıb

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat dayandırılıb.

Reyting.az
xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına 2024-cü il yanvarın 15-i başlanılıb və təşviqat fevralın 6-sı saat 8.00-da dayandırılmalıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}