18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Xankəndi və Şuşada ilk dəfə prezident seçkiləri üzrə səsvermə keçirilir
Tarix: 07-02-2024 09:28 | Bölmə: Gündəm
Xankəndi və Şuşada ilk dəfə prezident seçkiləri üzrə səsvermə keçirilir

Xankəndi və Şuşada ilk dəfə Azərbaycan prezidenti seçkiləri üzrə səsvermə keçirilir.

Reyting.az
xəbər verir ki, səhər saat 8:00-da 122 saylı Xankəndi seçki dairəsi üzrə səsvermə başlayıb.

Burada 14 saylı məntəqə şəhərin mərkəzi inzibati binasında yerləşir.

Müşahidəçilər səsvermə prosesini izləyir.

124 saylı Şuşa-Ağdam-Xocalı-Xankəndi seçki dairəsinin 105 saylı seçki məntəqəsi isə 1 saylı tam orta məktəbin binasındadır. Məntəqədə ümumilikdə 1222 seçici qeydiyyatdan keçib.

Səsverməni 13 nəfər yerli müşahidəçilər izləyir.

Xatırladaq ki, hər iki məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}