12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Prezident nazir və komitə sədrini vəzifədən çıxarıb
Tarix: 16-02-2024 15:21 | Bölmə: Gündəm
Prezident nazir və komitə sədrini vəzifədən çıxarıb

Azərbaycan Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib.

Reyting.az 
xəbər veirr ki, prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, fevralın 14-də yenidən Azərbaycan prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib. Bundan əvvəl isə ədliyyə naziri Fikrət Məmmədov idi.

***

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, indiyədək Komitənin sədri Mübariz Qurbanlı idi. O, yeni hökumətin tərkibində yer almayıb.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər