Rusiya PUA-sı Xersonda azərbaycanlının maşınına zərbə endirib, ağır yaralı var
Tarix: 29-08-2024 10:24 | Bölmə: Gündəm
Rusiya PUA-sı Xersonda azərbaycanlının maşınına zərbə endirib, ağır yaralı var

Rusiya ordusu Ukraynanın Xerson şəhərinə yenidən dronlarla hücumlar edib.

Məlumata görə, hücum nəticəsində dron zərbələrindən biri yolda hərəkət edən azərbaycanlının avtomobilinin üzərinə düşüb.

Əslən Azərbaycanın Lənkəran şəhərindən olan Rzayev Cəlil Qafur oğlunun avtomobili tamam yanıb, özü isə ağır yaralanıb. Hazırda həmyerlimiz Xerson xəstəxanasında reanimasiyadadır. Vəziyyəti kritik ağırdır(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər