20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Türkiyə: “Seçkilərin işğaldan azad edilmiş ərazilərdə də keçirilməsi tarixi əhəmiyyət daşıyır” - Foto
Tarix: 02-09-2024 09:20 | Bölmə: Gündəm
Türkiyə: “Seçkilərin işğaldan azad edilmiş ərazilərdə də keçirilməsi tarixi əhəmiyyət daşıyır”

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı açıqlama yayıb.

Reyting.az
-ın məlumatına görə, qardaş ölkənin XİN-i tərəfindən yayılan bəyanatda deyilir ki, seçkilərin Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçirilməsi tarixi əhəmiyyəti daşıyır.

Xarici İşlər Nazirliyi qeyd edir ki, Milli Məclisə seçkiləri qardaş Azərbaycan üçün faydalı olacaq: “Sözügedən parlament seçkilərinin Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçirilməsi tarixi əhəmiyyət kəsb edir. Biz inanırıq ki, Azərbaycan xalqının öz iradəsini ortaya qoyduğu seçkilər Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına töhfə verəcək”.



ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər