Məhkəmə hakimi məhkəmə sistemindən kənarlaşdırılıb
Tarix: 13-09-2024 09:47 | Bölmə: Gündəm
Məhkəmə hakimi məhkəmə sistemindən kənarlaşdırılıb

Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Əmirəliyev məhkəmə sistemindən kənarlaşdırılıb. 

Məlumata görə, buna səbəb isə fəaliyyətində çoxsaylı qanunsuzluqlar aşkarlanması olub.

Qeyd edək ki, Fərid Əmirəliyev bir sıra qalmaqallı və sifarişli məhkəmə qərarlarının müəllifi kimi tanınıb.

Tanınmış jurnalist Əvəz Zeynallı və məşhur vəkil Elçin Sadıqov barəsində həbs-qətimkan tədbirini də məhz Fərid Əmirəliyev seçmişdi.

1984-cü il təvəllüdlü olan Fərid Əmirəliyev sabiq DİN rəhbəri Ramil Usubovun məşhur sürücüsü kimi tanınan Saşanın kürəkənidir(Gununsesi.info).




Bölməyə aid digər xəbərlər