35 məntəqə seçki komissiyası buraxılıb
Tarix: 16-09-2024 12:54 | Bölmə: Gündəm
35 məntəqə seçki komissiyası buraxılıb

35 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılması təklif olunub.

Reyting.az
xəbər verir ki, belə bir təklifi Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov qurumun bugünkü iclasında irəli sürüb.

Onun sözlərinə görə, bəzi məntəqələr üzrə səsvermənin nəticələrinə şübhələr var: "Bəzi dairələr üzrə seçki məntəqələrinin nəticələrinin ləğv olunması zərurəti yaranıb. Bu məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

R. Qasımovun təklifi MSK üzvləri tərəfindən səsverməyə qoyularaq qəbul edilib.




Bölməyə aid digər xəbərlər