Zakir Həsənov İtaliyanın müdafiə naziri ilə görüşüb
Tarix: 24-09-2024 16:07 | Bölmə: Gündəm
Zakir Həsənov İtaliyanın müdafiə naziri ilə görüşüb

Ölkəmizdə keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto ilə görüşüb.

Müdafiə Nazirliyindən Reyting.az-a bildirilib ki, görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və gələcəkdə daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.




Bölməyə aid digər xəbərlər