Belarusun Baş Qərargah rəisi Bakıya gəlib
Tarix: 25-09-2024 08:43 | Bölmə: Gündəm
Belarusun Baş Qərargah rəisi Bakıya gəlib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Pavel Muraveyko "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 25-də Bakıya gəlib.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, səfər çərçivəsində Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirə olunması məqsədilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.




Bölməyə aid digər xəbərlər