Bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun müzakirəyə çıxarılır
Tarix: 10-10-2024 19:02 | Bölmə: Gündəm
Bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun müzakirəyə çıxarılır

Azərbaycanda bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq.

Reyting.az
xəbər verir ki, bununla bağlı sənəd parlamentin Regional məsələlər komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib:

1. “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi.

2. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

3. “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).




Bölməyə aid digər xəbərlər
18-12-2024, 23:39 Əli Əsədov Misirə gedib

bütün xəbərlər