Prezident ASC-ni ləğv edib - Sərəncam
Tarix: 17-10-2024 15:39 | Bölmə: Gündəm
Prezident ASC-ni ləğv edib

Prezident İlham Əliyev Dövlət Kontrakt Korporasiyası - “Azərkontrakt” ASC-nin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncama əsasən, bundan sonra şirkətin daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması sahəsində səlahiyyətlərini Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) həyata keçirəcək.

“Azərkontrakt” dekabrın 1-dən ləğv edilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər