13:15 / 22-10-2024
Sabah yağış yağacaq
BMT Baş katibi Putinlə görüşə gəlir
Tarix: 21-10-2024 12:46 | Bölmə: Gündəm
BMT Baş katibi Putinlə görüşə gəlir

Bu həftə Rusiyanın Kazan şəhərində Rusiya lideri Vladimir Putin dünya əhalisinin yarısını təmsil edən iyirmidən çox ölkənin liderləri ilə görüşəcək.

Reyting.az
xəbər verir ki, onların arasında Çin lideri Si Çinpin, Hindistanın baş naziri Narendra Modi, hətta BMT Baş katibi Antonio Quterresin də olacağı gözlənilir.

İngilis mediası yazır ki, hadisələrin gedişi Rusiya Federasiyasının Ukraynaya təcavüzünə görə beynəlxalq pariyaya çevriləcəyini gözləyənləri məyus edib.

Bildirilir ki, BMT rəhbərinin tədbirdə gözlənilən iştirakı Ukraynada xüsusilə qəzəb doğurur. Bu qurum Rusiyanın Ukraynaya hücumunu pisləyib və mart ayında təşkilatın Baş Assambleyası təcavüzkarı öz hərəkətlərini dərhal dayandırmağa çağırıb. Bu fonda Quterreşin Putinə hörmət göstərmək üçün Kazana hansı əsasla gedəcəyi bəlli deyil.

Onu da qeyd edək ki, 22-24 oktyabr tarixlərində Kazanda BRİKS sammiti keçiriləcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}