18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
Ermənistan prezidenti delimitasiyası üzrə komissiyalarla bağı reqlamenti təsdiqləyib
Tarix: 25-10-2024 13:53 | Bölmə: Gündəm
Ermənistan prezidenti delimitasiyası üzrə komissiyalarla bağı reqlamenti təsdiqləyib

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamenti sənədi ratifikasiya edib. Sənədin lehinə 67 deputat səs verib(Report).

Xatırladaq ki, Azərbaycan və Ermənistan sözügedən əsasnaməni avqustun 30-da imzalayıb. Reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur.

Bundan əlavə, sentyabrın 26-da Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentinin qanunauyğun olduğuna dair qərar qəbul edib.




Bölməyə aid digər xəbərlər