00:02 / 08-11-2024
Bu gün Zəfər Günüdür
Dövlət Komitəsi kollegiyasının tərkibi dəyişib
Tarix: 05-11-2024 15:57 | Bölmə: Gündəm
Dövlət Komitəsi kollegiyasının tərkibi dəyişib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) kollegiyasının tərkibi dəyişib.

Reyting.az
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 11 nəfər müəyyənləşdirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Kollegiyanın sədri müəyyənləşib.

Kollegiyanın üzvləri sırasında Dövlət Komitəsi sədrinin birinci müavini, DQİDK sədrinin müavinləri, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru, qurumun Aparat rəhbəri, Aparatının rəhbərinin müavini, Aparatın Dövlət qulluğu və insan resursları şöbəsinin müdiri, Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun rektoru, Komitənin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru yer alıb.




Bölməyə aid digər xəbərlər