Bakıda APA-nın 15-ci plenar sessiyası: büdcə qəbul olunub - (Yenilənib)
Tarix: 19-02-2025 18:01 | Bölmə: Gündəm
Bakıda APA-nın 15-ci plenar sessiyası: büdcə qəbul olunub - (Yenilənib)

Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb.

Reyting.az
xəbər verir ki, tədbir “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr olunub.

Xatırladaq ki, APA Asiya parlamentlərini birləşdirən mühüm parlament diplomatiyası platforması olmaqla yanaşı, bu cür tədbirlər həm də üzv ölkələrin qanunverici orqanları arasında müzakirələrin və dialoqun inkişafına xidmət edir.

Qeyd edək ki, artıq bir çox ölkələrin qanunverici orqanlarının sədrləri tədbirdə iştirak etmək məqsədilə Bakıya səfərə gəlib.

Tədbir çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani, Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Al-Maavali, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova arasında görüşlər keçirilib.

Spikerin həmçinin tədbirdə iştirak edən digər parlament sədrləri ilə görüşləri nəzərdə tutulub.

***

Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən iclasında büdcəsi qəbul olunub.

Reyting.az
xəbər verir ki, Azərbaycanda APA-nın Büdcə və planlaşdırma daimi komitəsinin iclası keçirilib.




Bölməyə aid digər xəbərlər