17:01 / 29-10-2025
Şirvanda zəlzələ olub
Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala vəsiqə qazanıb
Tarix: 29-10-2025 16:16 | Bölmə: İdman
Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala vəsiqə qazanıb

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə vəsiqə qazanan daha iki komanda bəlli olub.

Məlumata görə, "Sumqayıt" və "Difai" növbəti raunda vəsiqəni təmin ediblər.

"Gənclik şəhəri" təmsilçisi II təsnifat mərhələsində "Zaqatala"nı (3:0), Ağsu klubu isə "Xankəndi"ni (2:1) məğlub edib.

Bu raundun "Şimal" - "Şahdağ Qusar" görüşündə əsas vaxt qolsuz heç-heçə ilə bitib. Hazırda əlavə vaxt oynanılır.

Bu gün "Qəbələ" - "Mingəçevir", "Səbail" - "Şamaxı", "Neftçi" - MOİK oyunları da keçiriləcək.

Qeyd edək ki, ötən gün "Kəpəz", "Karvan-Yevlax", "İmişli", "Turan Tovuz", "Baku Sportinq" və "Şəfa" 1/8 finala vəsiqə qazanıblar.




Bölməyə aid digər xəbərlər