17:01 / 29-10-2025
Şirvanda zəlzələ olub
Ukraynanın iki şəhəri mühasirəyə alınıb
Tarix: 29-10-2025 17:45 | Bölmə: Slayd
Ukraynanın iki şəhəri mühasirəyə alınıb

Rusiya prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətindəki Kupyansk və Donetsk vilayətindəki Pokrovsk şəhərlərini mühasirəyə aldıqlarını bildirib.

Reyting.az
xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Putinin sözlərinə görə, xüsusi əməliyyat zonasında vəziyyət Rusiya üçün əlverişlidir. O qeyd edib ki, Kupyansk və Krasnoarmeyskdə (Pokrovsk adlandırırlar) düşmən qüvvələri bloklanıb və mühasirəyə alınıb.

Prezident əlavə edib ki, Rusiya ordusu Ukrayna və xarici medianın mühasirə zonasına daxil olmasına etiraz etmir.

“Bizi yalnız bir məsələ narahat edir - Ukrayna tərəfindən təxribatın olması. Bir qrup jurnalistin içəri daxil olub vəziyyəti yerində görməsi, Ukrayna hərbçiləri ilə danışması və sonra ərazini tərk edə bilməsi üçün müəyyən bir müddətə - iki, üç, altı saata qədər - hərbi əməliyyatları dayandırmağa hazırıq”,- deyə Putin vurğulayıb.

Ukrayna mətbuatı isə yazır ki, Rusiya ordusu Pokrovsk ətrafındakı mövqelərini möhkəmləndirir. Ukrayna Silahlı Qüvvələri adətən hücumların qarşısını almaq üçün dronlardan istifadə edir, lakin duman və yağış rusiyalı döyüşçülərin aşkarlanmasını çətinləşdirib. Pokrovsk ətrafındakı vəziyyət cəbhə xəttində hər bir metrlik irəliləyişin böyük itkilər hesabına başa gəldiyini göstərir.

Hərbi müşahidəçi Denis Popoviçin sözlərinə görə, şəhər hələ tam şəkildə mühasirəyə alınmasa da, ilk dəfə olaraq Pokrovskun itirilməsi riski yaranıb. O bildirib ki, son həftələrdə oradakı vəziyyət xeyli pisləşib, çünki Ukrayna Müdafiə Qüvvələrinin davamlı döyüşlərinə baxmayaraq, Pokrovsk istiqamətindəki Rusiya piyada dəstələrinin sayı artır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər