İlham Əliyev Belarus Milli Assambleyası Respublika Şurasının sədrini qəbul edib - Foto
Tarix: 19-02-2025 20:28 | Bölmə: Gündəm
İlham Əliyev Belarus Milli Assambleyası Respublika Şurasının sədrini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev fevralın 19-da Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanı qəbul edib.

Reyting.az
xəbər verir ki, Natalya Koçanova Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Aleksandr Lukaşenkoya çatdırmağı xahiş edib.

Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrimizin inkişaf etdiyi qeyd olunub. Keçən il Belarus Prezidentinin ölkəmizə dövlət səfəri məmnunluqla xatırlanaraq, onun münasibətlərimizin inkişafında rolu vurğulanıb.

Ölkəmizə ilk dəfə səfər etdiyini deyən Natalya Koçanova Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.

Görüşdə ölkələrimizin parlamentləri arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub, Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının keçirilməsinin önəminə toxunulub.

Qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.





Bölməyə aid digər xəbərlər