09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Prezident İlham Əliyev İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul edib - Fotolar
Tarix: 19-02-2025 19:50 | Bölmə: Gündəm
Prezident İlham Əliyev İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul edib

Prezident İlham Əliyev fevralın 19-da İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharanini qəbul edib.

Reyting.az
xəbər verir ki, söhbət zamanı Bakıda keçirilən Asiya Parlament Assambleyasının “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının önəminə toxunulub, bu tədbirin parlamentlərarası əməkdaşlığın gücləndirilməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

Görüşdə Azərbaycanla İndoneziya arasında əlaqələrin perspektivləri, həmçinin parlamentlərimiz arasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.






Bölməyə aid digər xəbərlər