APA-nın sessiyası: Bakı Bəyannaməsi qəbul edilib
Tarix: 20-02-2025 11:31 | Bölmə: Gündəm
APA-nın sessiyası: Bakı Bəyannaməsi qəbul edilib

Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasının nəticələrinə uyğun olaraq Bakı Bəyannaməsi qəbul olunub.

Reyting.az
xəbər verir ki, sənəddə Asiya Parlament Assambleyasının sıralarının genişlənməsi, Omanın tamhüquqlu üzvlüyü, habelə Belarusa müşahidəçi statusunun verilməsi alqışlanıb.

Bundan başqa, Asiya Parlament Assambleyası (APA) Qərbi azərbaycanlıların hüquqlarının bərpasını Ermənistandan tələb edib: "Qərbi Azərbaycan İcmasının müxtəlif beynəlxalq insan haqları sənədlərində təsbit olunduğu kimi Ermənistandakı ata-baba yurdlarına qayıtmaq üçün dialoqa başlamaq üçün dəfələrlə etdiyi müraciətləri qəbul edin və köçkün azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıtmasını təmin etmək üçün bütün səyləri səfərbər edin"




Bölməyə aid digər xəbərlər