Növbəti köç karvanı Ağdama çatıb - (Yenilənib)
Tarix: 17-07-2025 14:04 | Bölmə: Gündəm
Növbəti köç karvanı Ağdama çatıb - (Yenilənib)

Bu gün Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola düşüb.

Reyting.az
xəbər verir ki, bu mərhələdə Kəngərli kəndinə 43 ailə - 176 nəfər köçürülür.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

***

Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb.

Reyting.az
xəbər verir ki, onlara yeni evlərinin açarları təqdim olunub.

Təqdimetmə mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.




Bölməyə aid digər xəbərlər