21:18 / 25-11-2025
AFFA-da dəyişikliklər olub
İlham Əliyev Yunanıstanın baş naziri ilə görüşüb - (Yenilənib) - Foto
Tarix: 23-09-2025 23:35 | Bölmə: Gündəm
İlham Əliyev Yunanıstanın baş naziri ilə görüşüb - (Yenilənib)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşü olub.

Reyting.az
xəbər veirr ki, Yunanıstanın baş naziri Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və Vaşinqtonda keçirilmiş tarixi görüş münasibətilə təbriklərini çatdırıb, əldə olunmuş nailiyyətlərin regional sülhün gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib. Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olduğunu deyən İlham Əliyev Vaşinqtonda keçirilmiş görüşün Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması baxımından önəminə toxunub və bu prosesdə ABŞ prezidenti Donald Trampın mühüm rolunu qeyd edib. Vaşinqton görüşündə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat dəhlizinin yaradılmasına dair əldə olunmuş razılaşmanın regional bağlantılar baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Söhbət zamanı Azərbaycanla Yunanıstan arasında enerji sahəsində uğurlu əməkdaşlıq qeyd edilib, iqtisadiyyat, ticarət və turizm sahələrində əlaqələrin genişləndirilməsinin, Hökumətlərarası Komissiyanın fəaliyyətinin canladırılmasının vacibliyinə toxunulub.





Bölməyə aid digər xəbərlər