Qara burkalı senator parlamentdə ajiotaj yaradıb
Tarix: 25-11-2025 17:06 | Bölmə: Dünya
Qara burkalı senator parlamentdə ajiotaj yaradıb

Avstraliyada ictimai yerlərdə üzün tam örtülməsinin qadağan edilməsini istəyən senator Pauline Hanson Senatın iclasına qara burka geyinərək qatılıb.

Reyting.az
-ın məlumatına görə, Millət Partiyasından senator olan Hanson iclas zamanı burkasını çıxararaq bəyan edib ki, bunu atmaqdan məmnundur və burkanın parlamentdə yeri yoxdur.

Senator Hanson bu cür geyimlərin qadınların iş tapmasını çətinləşdirdiyini və Avstraliya cəmiyyətinə inteqrasiyasına mane olduğunu bildirib.

Senatın bəzi üzvləri Hansonun hərəkətlərinə sərt reaksiya veriblər.

Cənubi Uelsdən olan senator Mehreen Faruqi Hansonu irqçilikdə ittiham edib. Qərbi Avstraliyadan olan müstəqil senator Payman isə bu davranışı utancverici adlandırıb.

Xarici işlər naziri Penny Vong da Hansonun hərəkətini qınayıb.

Qeyd edək ki, Hanson 2017-ci ildə də Senatda oxşar burka geyinərək çıxış edib və qanunvericilik üçün eyni tələbləri səsləndirmişdi.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər