Deputat: “Bütün dövlət orqanlarına müraciət etdim, hamı özünü sığortalayıb”
Tarix: 25-11-2025 14:07 | Bölmə: Cəmiyyət
Deputat: “Bütün dövlət orqanlarına müraciət etdim, hamı özünü sığortalayıb”

Parlamentdə qəzalı binalar müzakirə edilib.

Reyting.az
xəbər verir ki, bu barədə deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb.

“Ötən gün Hövsan qəsəbəsində bir qəzalı binanın eyvanının uçması nəticəsində qadın xəsarət alıb. Mən ötən gün Bakıxanov qəsəbəsində 170-ə yaxın qəzalı binaya baxış keçirdim. Bütün dövlət orqanlarına müraciət etdim, hamısının aktları var ki, bina qəzalıdır. Hamı özünü sığortalayıb. Sabah hansısa bina uçsa, məsuliyyəti heç kim üzərinə götürməyəcək.

Halbuki sadə bir mexanizm var. Sahibkar bir binanın pulunu ödəyir, dövlət büdcəsindən bir qəpik pul xərclənmir, beşmərtəbə əvəzinə doqquzmərtəbəli bina tikir, beşmərtəbəyə həmin sakinləri köçürür, dörd mərtəbəni də satır özü pul qazanır. Sadə mexanizmləri tətbiq etmək əvəzinə, vətəndaşın həyatının risk altına atılmasının məsuliyyətini heç kim daşımır. Çünki hamının aktı var, özünü sığortalayıb”, - millət vəkili qeyd edib.




Bölməyə aid digər xəbərlər