Türkiyədə casusluqda şübhəli şəxslər saxlanılıb
Tarix: 25-11-2025 13:24 | Bölmə: Dünya
Türkiyədə casusluqda şübhəli şəxslər saxlanılıb

İstanbul prokurorluğu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) kəşfiyyat xidməti üzvləri tərəfindən Türkiyədəki mobil telefon şirkətindən əldə edilən nömrələrdən istifadə edərək ölkədə kritik vəzifələrdə çalışan personal haqqında bioqrafik məlumatların toplanması ilə əlaqədar üç şübhəlini saxlayıb.

Reyting.az
xəbər verir ki, prokurorluğun koordinasiyası altında İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi və Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilən “hərbi və siyasi casusluq” fəaliyyətlərinin ifşa edilməsi üçün səylərin davam etdiyi bildirilib.

Məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin kəşfiyyat xidməti üzvlərinin Türkiyədəki bir GSM şirkətindən əldə edilən saxta profillərdən istifadə edərək müxtəlif xarici ölkələrin rəsmiləri və Türkiyədə fəaliyyət göstərən vacib müdafiə sənayesi təşkilatlarındakı rəhbər vəzifələr vasitəsilə kritik vəzifələrdə olan personal haqqında bioqrafik məlumatlar toplamağa cəhd göstərdikləri müəyyən edilib. Birləşmiş Ərəb Əmirliklərinin kəşfiyyat zabitlərinin təlimatı ilə Türkiyədəki bir operatora məxsus GSM xəttini satın alan, yuxarıda göstərilən fəaliyyətləri təmin edən və bu GSM xəttini BƏƏ-nin kəşfiyyat zabitlərinə verən və bir-biri ilə əlaqə saxlayan dörd nəfər müəyyən edilib.

Qeyd edilib ki, dörd şübhəlidən üçün tutulub, digəri xaricdə olduğu üçün həbs qərarı verilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər