Üç ölkə Ukraynaya qoşun göndərəcək
Tarix: 25-11-2025 13:38 | Bölmə: Xəbərlər
Üç ölkə Ukraynaya qoşun göndərəcək

Ukrayna sülh müqaviləsi imzaladıqdan sonra cəbhə xəttindən uzaqda - Kiyev və ya Odessa kimi şəhərlərdə “təhlükəsizlik zəmanəti qüvvəsi”nin yerləşdirilməsi planlaşdırılır.

Reyting.az
xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

“Bu qüvvələrə Britaniya, Fransa və Türkiyə qoşunları daxil olacaq. Onların missiyası Ukrayna qüvvələrinə təlim keçmək və təhlükəsizliyi təmin etmək olacaq - NATO ölkələrinin artıq Alyansın şərq cinahındakı dövlətlərə necə kömək etdiyinə bənzər şəkildə”, – deyə Makron qeyd edib.

O, bunun NATO deyil, hökumətlərarası koalisiya çərçivəsində həyata keçiriləcəyini və təxminən iyirmi ölkənin quruda, dənizdə və ya havada töhfə verməyə hazır olduğunu vurğulayıb. Bundan əlavə, Makron bildirib ki, “Ukrayna ordusunun özünü müdafiə etmək və hər hansı bir təcavüzün qarşısını almaq qabiliyyəti məhdud olarsa, davamlı sülhdən söhbət gedə bilməz”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər