21:18 / 25-11-2025
AFFA-da dəyişikliklər olub
İlham Əliyev Nyu-Yorkda Bolqarıstanın baş naziri ilə görüşüb
Tarix: 24-09-2025 22:09 | Bölmə: Gündəm
İlham Əliyev Nyu-Yorkda Bolqarıstanın baş naziri ilə görüşüb

Sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Rosen Jelyazkov ilə görüşü olub.

Reyting.az
 xəbər verir ki, Rosen Jelyazkov Azərbaycanla Bolqarıstan arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu deyib.

Prezident İlham Əliyev də öz növbəsində münasibətlərimizin ənənəvi dostluq və tərəfdaşlıq xarakteri daşıdığını qeyd edib.

Söhbət zamanı enerji sahəsində hazırkı uğurlu əməkdaşlığımızdan məmnunluq ifadə edilib, bu sahədə əlaqələrin inkişafı üçün yeni perspektivlərin olduğu bildirilib.

Görüşdə Azərbaycanla Bolqarıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.




Bölməyə aid digər xəbərlər