16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Çoxmənzilli binalarla bağlı sərəncam imzalandı
Tarix: 22-10-2019 16:56 | Bölmə: Gündəm
Çoxmənzilli binalarla bağlı sərəncam imzalandı

Azərbaycan prezidenti İlham Əliyev Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncamda deyilir:

1. Lənkəran rayonunda 90 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 2,3 milyon (iki milyon üç yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}