11:05 / 16-11-2025
Japarov: Qırğızıstan Azərbaycanın təşəbbüsünü alqışlayır
10:58 / 16-11-2025
Hikmət Hacıyev: Azərbaycan Mərkəzi Asiya ailəsinin üzvünə çevrilir
10:53 / 16-11-2025
Prezident İlham Əliyev Daşkənddəki Konqres Mərkəzinə gəlib
09:11 / 16-11-2025
Bu gecə Rusiya səmasında 57 PUA vurulub
08:22 / 16-11-2025
Litva ordusu Molotov kokteyli ilə döyüşməli olacaq
08:10 / 16-11-2025
Bu gün millimiz Fransa komandası ilə qarşılaşacaq
07:58 / 16-11-2025
DÇ-2026: IX turda növbəti oyunlar keçirilib
22:22 / 15-11-2025
Bakıda yaşayış binasında yanğın olub - Video
18:46 / 15-11-2025
Xalq artisti Yaşar Nurinin qızı dünyasını dəyişib
18:31 / 15-11-2025
İlqar Hacıyev Baş Prokurorluğa çağırılıb
17:25 / 15-11-2025
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
14:25 / 15-11-2025
İlham Əliyev Özbəkistanda səfərdədir - (Yenilənib) - Fotolar
14:25 / 15-11-2025
Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb
14:23 / 15-11-2025
Əməkdar artist Akif Mirabov vəfat edib
14:18 / 15-11-2025
Ağdam və Zəngilana növbəti köç karvanları gedib - (Yenilənib)
10:24 / 15-11-2025
"Qarabağ"ın futbolçusu millinin heyətindən çıxarılıb
10:20 / 15-11-2025
Rəşt-Astara dəmir yolu üzrə icra müqaviləsi yaxın vaxtlarda imzalanacaq
09:32 / 15-11-2025
Rusiya üzərində 64 Ukrayna PUA-sı vurulub
09:08 / 15-11-2025
Dəyəri 90 milyon dollardan çox olan heroin aşkar edilib - Fotolar
22:57 / 14-11-2025
BMT Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
18:17 / 14-11-2025
Ərəstun Oruclunu həbs etmək istəyirlər
18:05 / 14-11-2025
Zaxarova: Dialoqu bərpa etmək istəyi sürətli deyil
18:01 / 14-11-2025
Qanunu pozan şirkət rəhbəri 20 min manat cərimələnib
17:59 / 14-11-2025
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb
17:46 / 14-11-2025
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
17:46 / 14-11-2025
Bəzi ukraynalılar ABŞ-dan deportasiya olunacaq
17:30 / 14-11-2025
Deputatlar bu tarixlərdə büdcəni müzakirə edəcəklər
17:13 / 14-11-2025
Vaqif Allahverdiyev Baş Prokurorluğa çağırılıb
17:02 / 14-11-2025
Zelenski Əliyevə zəng edib
17:00 / 14-11-2025
Professor: Ermənistanda ən azı üç Ramiz Mehdiyev var
16:53 / 12-11-2025
Təyyarə qəzasında həlak olan hərbçilər Türkiyə-Azərbaycan ittifaqının ilk şəhidləridir
00:50 / 12-11-2025
Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvü həlak olub - (Yenilənib) - Fotolar
12:45 / 11-11-2025
Ən uzun çayların yeni siyahısı tərtib olunub
17:00 / 14-11-2025
Professor: Ermənistanda ən azı üç Ramiz Mehdiyev var
18:03 / 13-11-2025
Növbəti müharibələr kosmosda başlayacaq - Xəbərdarlıq
12:13 / 11-11-2025
Yeni avtomobil dünya rekordu qazanıb
16:32 / 14-11-2025
Ekspert: Ermənistan 5-10 il ərzində Azərbaycana qarşı silahlanmanı davam etdirəcək
14:25 / 15-11-2025
İlham Əliyev Özbəkistanda səfərdədir - (Yenilənib) - Fotolar
16:01 / 14-11-2025
Azərbaycan Rusiyaya nota verib
14:18 / 15-11-2025
Ağdam və Zəngilana növbəti köç karvanları gedib - (Yenilənib)
Prezident Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə bağlı qəbul edib - Yenilənib
Tarix: 22-10-2019 17:46 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Şahin Mustafayevi yeni vəzifəyə - Baş Nazirin müavini təyin olunması ilə əlaqədar qəbul edib.
Reyting.az xəbər verir ki, Prezident İlham Əliyev deyib:
- Siz uzun illər İqtisadiyyat naziri vəzifəsində işləyirsiniz. Bütövlükdə sizin işinizdən mən razıyam. Ona görə qərara gəldim ki, sizi Baş Nazirin müavini vəzifəsinə təyin edim. Bu, çox böyük vəzifədir, böyük etimaddır. Ümid edirəm ki, siz bu etimadı doğruldacaqsınız və yeni vəzifədə ölkəmizin iqtisadi inkişafının dayanıqlı olmasına öz töhfənizi verəcəksiniz.
Azərbaycan iqtisadiyyatı son 15 il ərzində üç dəfədən çox artıb. Ancaq biz onu da bilməliyik ki, bu artım daha çox neftin hasilatının artırılması hesabına mümkün olubdur. Əlbəttə, biz neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi istiqamətində çox böyük uğurlar əldə etdik və Azərbaycan iqtisadiyyatımızın şaxələndirilməsi işində dünya miqyasında təbii resurslarla zəngin olan ölkələr sırasında qabaqcıl yerlərdədir. Təsadüfi deyil ki, biznes mühitinin yaxşılaşdırılmasını Dünya Bankı kimi ən aparıcı beynəlxalq maliyyə qurumu qiymətləndirir və biznes mühitinin səviyyəsinə görə biz dünyada 25-ci yerdəyik, 20 ən islahatçı ölkə arasındayıq. Eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumu illik hesabatında Azərbaycanı bir çox meyarlar üzrə qabaqcıl yerlərə layiq görübdür. Bütün bunlar aparılan islahatların nəticəsidir.
Ancaq hesab edirəm ki, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. İqtisadi sahədə hələ də bir çox problemlər mövcuddur, o cümlədən biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılmalıdır. Xüsusilə, ölkə iqtisadiyyatının qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi sahəsində hələ ki bir çox işlər görülməlidir. Düzdür, ölkə iqtisadiyyatına 270 milyard dollardan çox sərmayə qoyulubdur. Bunun yarısı xarici sərmayədir. Ancaq bu sərmayənin də böyük əksəriyyəti neft-qaz sektoruna qoyulan sərmayədir. Bizim vəzifəmiz xarici investorları inandırmaqdır ki, ölkəmizin qeyri-neft sektoruna daha böyük həcmdə sərmayə qoysunlar. Eyni zamanda, yerli şirkətlər üçün elə gözəl biznes iqlimi yaradılmalıdır ki, Azərbaycan şirkətləri ölkə iqtisadiyyatına böyük həvəslə sərmayə qoysunlar.
Biz onu da bilirik ki, hazırda iqtisadi inkişafımızın artımının əsas səbəblərindən biri dövlət investisiyalarıdır. Biz bunu edirik, etməliyik, infrastruktur layihələrinə, xidmət sektoruna digər sahələrə. Ancaq ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir. Bu vəzifəni mən doqquz ayın sosial-iqtisadi yekunlarına həsr edilmiş müşavirədə səsləndirdim. Bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirmək və məşğulluğu artırmaqdır. Bunun da çox sadə səbəbi var. Müstəqillik günündən bu günə qədər Azərbaycan əhalisi təxminən 3 milyon artıbdır. Bu, həm böyük üstünlüyümüzdür, böyük sərvətimizdir, eyni zamanda, ölkə iqtisadiyyatına, o cümlədən infrastruktura və sosial infrastruktura böyük yükdür. Yeni məktəblər, yeni uşaq bağçaları tikilməlidir, yeni yollar çəkilməlidir. Yolların çəkilişi üçün vaxtilə qanunsuz tikilən binalarda yaşayan vətəndaşlar köçürülməlidir. Onlara dövlət tərəfindən kompensasiya verilir. Kompensasiya onları qane etməlidir. Yəni, biz bir çox xərclərlə üzləşirik.
Cənubi Qafqazda bizdən başqa digər ölkələrdə demoqrafik artım yoxdur. Ona görə o ölkələrdə bizim üzləşdiyimiz problemlər də mövcud deyil. Mən dəfələrlə demişəm ki, bizim iqtisadi artımımız demoqrafik artımı üstələməlidir. Buna nail olmaq üçün biz yeni artım mənbələri aşkar etməliyik. Onlardan biri kölgə iqtisadiyyatına qarşı mübarizədir. Əfsuslar olsun ki, hələ kölgə iqtisadiyyatı bizim iqtisadiyyatımızın bir hissəsini ehtiva edir. Düzdür, bütün postsovet ölkələrində bu problem var və ölkələr çalışırlar ki, bu problemlə mübarizə aparsınlar. Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə daha mütəşəkkil formada aparılır. Hesab edirəm ki, kölgədən çıxarılacaq biznes, əlbəttə, bizim iqtisadi göstəricilərimizi də düzəldəcək. Yəni, göstəricilər reallığı əks etdirəcək. Eyni zamanda, biznes dairələri bilməlidirlər ki, ölkədə vahid qanunlar, vahid qaydalar mövcuddur. İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır. Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda, müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar. Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq.
Ona görə iqtisadi artımı qeyri-neft sektorunun hesabına təmin etmək, məşğulluğu artırmaq lazımdır.
Hər il on minlərlə yeni iş yeri yaradılır. Məhz buna görə işsizlik Azərbaycanda aşağı səviyyədədir. Ancaq buna baxmayaraq, işsizlik arta bilər. Nəyə görə? Əhali artır və əgər iqtisadi inkişaf artan əhalinin templəri ilə uzlaşmasa, əlbəttə ki, gələcəkdə bizi bir çox problemlər gözləyə bilər. Biz isə öz siyasətimizi strateji hədəflər əsasında qururuq. Bizim siyasətimiz uzunmüddətlidir və siyasətimizin əsas qayəsi odur ki, dayanıqlı inkişaf təmin edilsin.
Bu gün ölkə iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır. Qeyri-neft sektorumuz da artır, 9 ayda 3,5 faiz artıb, kənd təsərrüfatı 7 faizdən çox artıb, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Ancaq biz bilirik ki, ehtiyatlar kifayət qədər böyükdür. Özəl sektorun iqtisadi sahədə payı yüksək olsa da, bilirik, bizdə qeyri-neft ixracı hələ ki, çox aşağı səviyyədədir. Mütləq rəqəmlər artır, amma faiz nisbəti artmır. Bunun, əlbəttə, səbəbi ondan ibarətdir ki, son illər aparılan uğurlu enerji siyasəti nəticəsində biz daha böyük həcmdə təbii qazı hasil edirik və beləliklə, enerji resurslarının ümumi daxili məhsuldakı payı artır və artacaq, yeni kontraktlar üzrə kəşfiyyat və qazma işləri aparılır. Buna uyğun olaraq qeyri-neft sektoru da, qeyri-neft ixracı da artmalıdır. Hələ ki, ixracımızın əsas hissəsi neft-qaz və neft məhsulları hesabına təmin edilir. Hesab edirəm ki, Baş Nazirin müavini kimi siz bu işlərə ciddi fikir verəcəksiniz, müvafiq qurumlar arasındakı koordinasiyanı təmin edəcəksiniz.
Siz İqtisadiyyat naziri kimi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının hazırlanması və icrası ilə bağlı işlərdə fəal iştirak etmisiniz və bu Proqramın tərtibatında önəmli rol oynamısınız. Hesab edirəm ki, bu sahə daim diqqətinizdə olmalıdır. Eyni zamanda, siz bir sıra ikitərəfli hökumətlərarası komissiyaların Azərbaycan tərəfdən həmsədrisiniz. Bu sahədəki fəaliyyətinizi davam etdirməlisiniz. Mənim göstərişimlə bir çox ölkələrə ezam olunaraq orada Azərbaycanın ixracını təşviq etmək üçün müxtəlif tədbirlər təşkil etmisiniz. Biznes qurumlarına Azərbaycanda istehsal olunan ixracyönümlü malları xarici bazarlara çıxarmaq və satışını təşkil etmək üçün böyük kömək və səylər göstərilir. Bu sahəyə də daim diqqət olmalıdır. Dövlət investisiyalarının məqsədyönlü olması haqqında mən öz sözlərimi dedim. İnvestisiyalar qeyri-neft sektorunun artımına xidmət etməlidir. Məşğulluğu, artan əhalini işlə təmin etmək üçün şərait yaradılmalıdır.
Mən ümid edirəm ki, siz etimadımı doğruldacaqsınız. Yəni, sizin iş təcrübəniz bunu deməyə əsas verir. Siz Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini çox yaxşı bilirsiniz. Sizdən fəal iş və ciddi nəticə gözləyirəm.
Şahin Mustafayev: Möhtərəm cənab Prezident, ilk növbədə, mənim fəaliyyətimə yüksək qiymət verdiyinizə görə minnətdarlığımı bildirmək istəyirəm. Dövlət başçısı tərəfindən bir məmur kimi fəaliyyətimə verilən bu cür yüksək qiymət mənim üçün ən böyük şərəfdir. Sizin haqqımda söylədikləriniz şəxsən mənim üçün ən böyük şərəfdir. Eyni zamanda, möhtərəm cənab Prezident, istəyirəm Sizə minnətdarlığımı bildirim ki, məni bu yüksək etimada layiq görmüsünüz. Mən Sizi əmin edirəm, əlimdən gələni edəcəyəm ki, bu yüksək etimadınızı doğruldum.
Doğrudan da Azərbaycan möhtəşəm inkişaf yolu keçmişdir. Bunu hər kəs, hər bir Azərbaycan vətəndaşı bilir, gündəlik həyatında görübdür. Müqayisəsiz bir mənzərə mövcuddur - 2003-cü il və 2019-cu il tamamilə başqa mənzərədir. Siz qeyd etdiyiniz kimi, ölkə iqtisadiyyatı 3,3 dəfə artmışdır. Siz qeyd etdiyiniz kimi, ölkənin əsas maliyyə mənbəyi neft sektoru olduğu üçün bu sektor daha da yüksək templərlə inkişaf etmişdir. Qeyri-neft sektoru aşağı templərlə - 2,8 dəfə artmışdır.
Siz dövlət başçısı kimi fəaliyyətə başladığınız ilk dövrdən məhz iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun inkişafını bir vəzifə kimi hökumətin qarşısına qoymuşdunuz. Ölkənin potensialını dəfələrlə artırmaqla yanaşı, bu sahədə də genişmiqyaslı işlər görülmüşdür. Siz burada regionların sosial-iqtisadi inkişafı Dövlət proqramını xatırlatdınız. Bu proqram Sizin sosial-iqtisadi sahədə ilk proqramlarınızdan biri olmuşdur. Qeyd etməliyəm ki, proqramın icrası nəticəsində ölkənin regionlarının siması, sözün əsl mənasında, dəyişmişdir, insanların həyat səviyyəsi dəfələrlə artmışdır. Azərbaycanda yoxsulluğun səviyyəsi 10 dəfəyə yaxın aşağı düşmüşdür və bu gün təqribən 5 faiz təşkil edir. İşsizlik də eyni qaydada. İşsizliyin səviyyəsi aşağı düşmüşdür. Digər göstəricilər, ölkədə həyata keçirilən infrastruktur layihələri, yollar - 15 min kilometrə yaxın yollar tikilmişdir. Ölkə, sözün əsl mənasında, nəqliyyat qovşağına çevrilmişdir. Nəqliyyat sahəsində görülən işlər - Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolunda aparılan yenidənqurma və təmir işləri, Bakı-Tbilisi-Qars dəmir yolu. Bu nəhəng layihələr ölkənin tranzit imkanlarını genişləndirmişdir. Mən bu ilin doqquz ayının yekunları üzrə göstəricilərin birini xatırlatmaq istəyirəm ki, qeyri-neft tranzit daşımaların həcmi 43 faiz artmışdır. Sahibkarlıq ciddi inkişaf yolu keçmişdir. Bu gün Azərbaycanda orta sinif, möhkəm sahibkarlıq sinfi formalaşmışdır.
Cənab Prezident, Siz oktyabrın 15-də keçirdiyiniz iqtisadi müşavirədə bizim qarşımızda çox aydın vəzifələr qoydunuz. Mən əminəm ki, verdiyiniz tapşırıqların icrası istiqamətində Sizin rəhbərliyinizlə görüləcək işlərin mütləq daha gözəl nəticələri olacaqdır. Sizi əmin etmək istəyirəm ki, bu nəticələrə çatmaq üçün mənə həvalə etdiyiniz sahədə əlimdən gələni əsirgəməyəcəyəm.
Cənab Prezident, Sizə bir daha minnətdarlığımı bildirirəm, çox sağ olun.
Prezident İlham Əliyev: Sizə uğurlar arzulayıram və Sizdən yaxşı nəticələr gözləyirəm.
Şahin Mustafayev: Çox sağ olun.
****
Prezident İlham Əliyev oktyabrın 22-də Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib.
Reyting.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:05
Japarov: Qırğızıstan Azərbaycanın təşəbbüsünü alqışlayır
Dünən, 14:25
Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb
14-11-2025, 22:57
BMT Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
14-11-2025, 17:02
Zelenski Əliyevə zəng edib
14-11-2025, 14:47
Zəngilana daha 110 nəfər köçüb - (Yenilənib)
14-11-2025, 14:03
Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib - Fotolar
14-11-2025, 13:27
Xocalıya daha iki köç karvanı gedib - (Yenilənib) - Fotolar
14-11-2025, 12:51
Prezident Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib
14-11-2025, 11:30
İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
13-11-2025, 19:58
Bakıda TDT ölkələrinin QHT-ləri həmrəylik forumu keçirəcək
13-11-2025, 15:04
Ağdərəyə daha 11 ailə köçürülüb - Fotolar
13-11-2025, 14:38
Prokuror: "İşgəncələrin Ermənistan dövlətinin siyasətini əks etdirdiyi sübut olunub"
13-11-2025, 13:57
Xocalının daha iki kəndinə köç karvanı gedib - Fotolar
13-11-2025, 12:21
Kürdəmirin yeni icra başçısı kollektivə təqdim olunub
13-11-2025, 11:07
Onlar da Bakıda “Azəriçay”dan dadacaqlar…
13-11-2025, 10:54
Ali Məhkəmə daha bir mübahisəli vəziyyətlə bağlı vahid qərar qəbul edib
13-11-2025, 10:19
Prezident ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
13-11-2025, 08:13
Lavrov Ağ evlə sammitin keçirilməsi şərtlərini açıqlayıb
12-11-2025, 19:04
Zeynal Nağdəliyev yeni icra başçısını kollektivə təqdim edib
12-11-2025, 15:17
Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti azaldılır
12-11-2025, 12:43
Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
12-11-2025, 11:26
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri…
12-11-2025, 09:23
Prezident Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto
11-11-2025, 18:48
Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri ilə telefonla danışıb
9-11-2025, 10:00
Prezident hərbi paradla bağlı paylaşım edib - Video
8-11-2025, 17:18
Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar edib - Foto
8-11-2025, 10:54
Ərdoğan Azərbaycana gəlib - (Yenilənib)
8-11-2025, 00:04
Azərbaycanda Zəfər Günüdür
7-11-2025, 23:09
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib - Foto
7-11-2025, 21:17
İlham Əliyev Məhəmməd Şahbaz Şəriflə görüşb - (Yenilənib) - Fotolar
7-11-2025, 20:50
Dindarlar Azərbaycan prezidentinə müraciət ünvanlayıblar
7-11-2025, 17:08
Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə görüşüb
7-11-2025, 16:34
Prezident İlham Əliyev fərman imzalayıb
7-11-2025, 16:05
Prezident hərbçilərə ali rütbə verib - Siyahı
7-11-2025, 14:02
İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib - Foto
6-11-2025, 23:41
Sahibə Qafarova Cevdet Yılmazla görüşüb
6-11-2025, 18:00
Hikmət Hacıyev Britaniyanın ticarət elçisi ilə görüşüb
6-11-2025, 16:25
"Invest in Azerbaijan" informasiya sistemi yaradılacaq - Fərman
6-11-2025, 12:58
Əliməmməd Nuriyev: "Hazırda amnistiya ilə bağlı hazırlıq yoxdur"
6-11-2025, 12:09
Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib - Fotolar
6-11-2025, 10:43
Şuşada hərbçilərin Zəfər yürüşü olub

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək