00:12 / 02-07-2025
Azərbaycan diasporunun lideri sərbəst buraxılıb - (Yenilənib)
23:39 / 01-07-2025
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri həbs olunub (Yenilənuib) - Fotolar
22:54 / 01-07-2025
Sumqayıtda qadın bıçaqlanıb
21:50 / 01-07-2025
Milli Məclis dezinformasiya kampaniyasına dair açıqlama yayıb
19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
18:34 / 01-07-2025
Baş naziri vəzifədən uzaqlaşdırıblar
18:26 / 01-07-2025
Nəhəng ekzoplanetin görüntüsünü əldə ediblər - Fotolar
18:10 / 01-07-2025
İsrailin gizli planı üzə çıxıb - Foto
18:04 / 01-07-2025
“Sputnik Azərbaycan” işi üzrə 7 nəfər saxlanılıb - (Yenilənib) - Fotolar
17:45 / 01-07-2025
İşğal Azərbaycana 150 milyard dollar zərər vurub
17:39 / 01-07-2025
XİN Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırır
17:31 / 01-07-2025
Moskva ilə münasibətlər niyə pisləşir?
17:23 / 01-07-2025
Vəzifəli şəxslərin cinayət işini məhkəməyə göndəriblər
17:04 / 01-07-2025
Rusiya Azərbaycana nota verib
16:50 / 01-07-2025
Məhkəmələrə hakim təyinatları olub - Siyahı
16:26 / 01-07-2025
Beş şagirdimiz Azərbaycanı Yunanıstanda təmsil edəcək - Fotolar
16:16 / 01-07-2025
Rusiya NATO ölkələrinə təhdidlərini davam etdirir
15:47 / 01-07-2025
Professor zəlzələ ilə bağlı xəbərdarlıq edir - Foto
15:26 / 01-07-2025
Rusiyanın müdafiə sistemləri istehsal edən zavodu vurulub
15:10 / 01-07-2025
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
14:53 / 01-07-2025
Təkrar sertifikatlaşdırma: 2006 müəllim keçid balını toplaya bilməyib
14:08 / 01-07-2025
Fransada istilər səbəbindən məktəblər bağlanıb
13:59 / 01-07-2025
Rusiya iqtisadiyyatı tənəzzül həddinə çatır, sənaye böyük itki ilə üzləşir
13:34 / 01-07-2025
Baş prokuror Səfərovların öldürülməsi faktı ilə bağlı cinayət işi başladıb
13:01 / 01-07-2025
Ərdoğan “ikinci vətən”indən niyə küsüb?
12:39 / 01-07-2025
Azərbaycan Dünya Bankı ilə 173,5 milyon dollarlıq kredit sazişi imzalayıb
12:33 / 01-07-2025
Almaniya Rusiyaya qarşı hərbi gəmilər göndərəcək
12:16 / 01-07-2025
Avropa İttifaqına sədrlik Danimarkaya keçib
12:10 / 01-07-2025
İran nüvə danışıqları üçün şərtlər irəli sürür
11:56 / 01-07-2025
Deputat azərbaycanlılara qarşı törədilmiş cinayəti pisləyir
13:16 / 29-06-2025

12:57 / 27-06-2025

08:55 / 28-06-2025

00:01 / 28-06-2025

17:57 / 30-06-2025

15:08 / 30-06-2025

11:12 / 28-06-2025

13:20 / 29-06-2025

21:03 / 30-06-2025

11:32 / 27-06-2025

23:20 / 27-06-2025

09:57 / 28-06-2025

Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib - Yenilənib
Tarix: 23-10-2019 16:43 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevoktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib.
Reyting.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qəbulda Prezident onu "Heydər Əliyev” ordeni ilə təltif edib.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib.
Reyting.az xəbər verir ki, Prezident İlham Əliyev deyib:
- Hörmətli Ramiz müəllim, siz uzun illərdir ki, müxtəlif məsul vəzifələrdə işləyirsiniz. Həm sovet dönəmində, həm müstəqillik dövründə ölkəmizin inkişafına böyük töhfələr vermisiniz. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev sizi hələ gənc yaşlarınızda önəmli vəzifələrə təyin etmişdir. Siz yaxşı bilirsiniz ki, Heydər Əliyev kadrların seçilməsində çox tələbkar idi və onun bir sıra çox ciddi meyarları vardı. Sizi gənc yaşlarında önəmli vəzifələrə təyin etmək onu göstərirdi ki, siz buna layiq idiniz. Siz gənc, istedadlı kadr kimi Ulu Öndərin rəhbərliyi ilə həm sovet dönəmində, həm də müstəqillik dövründə işləmisiniz. Xatırlayıram ki, sovet dövründə, 1970-ci illərdə siz Bakımızın əsas rayonu olan, o vaxt 26 Bakı Komissarı adlandırılan, indiki Səbail rayonunun birinci katibi təyin olunmusunuz və bu vəzifədə böyük uğurlar əldə etmisiniz. Ondan sonra Ulu Öndər sizi Mərkəzi Komitəyə dəvət etmişdir və siz təşkilat şöbəsinin rəhbəri idiniz. Bu, Mərkəzi Komitənin bəlkə də ən aparıcı şöbəsi idi. Çünki bu şöbədə kadr hazırlığı məsələləri diqqət mərkəzində idi. Heydər Əliyev Moskvada, Siyasi Büroda işə başlayanda bilirsiniz ki, onun tövsiyəsi ilə siz Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya üzrə katibi vəzifəsinə təyin olunmusunuz. Bu da çox önəmli vəzifə idi, yəni, ideoloji işlərə rəhbərlik edirdiniz. Təbii ki, ulu öndər Heydər Əliyev əsassız olaraq bütün vəzifələrdən çıxarılandan sonra sizi də vəzifədən azad etmişdilər və yalnız Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra o, yenə də sizi dəvət etdi. Bu, böyük bir inamın təzahürü idi. Çünki siz də yaxşı bilirsiniz, mən də yaxşı bilirəm ki, o vaxt Heydər Əliyevin yetişdirdiyi, böyük vəzifələr verdiyi bir çox kadrlar ona sadiq çıxmadılar və o, 1993-cü ildə hakimiyyətə qayıdandan sonra həmin kadrlara etibar etmədi. Bir halda ki, sizi dərhal vəzifəyə təyin edib, onu göstərir ki, o, həm sizə inanırdı, eyni zamanda, xalqımız üçün həmin ağır illərdə siz Ulu Öndərə öz sədaqətinizi saxlamısınız və onun rəhbərliyi altında işlədiyiniz dövr ərzində bunu sübut etmisiniz. Heydər Əliyev tərəfindən Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunmusunuz və bu çox önəmli və məsul işdə böyük nailiyyətlər əldə etmisiniz. Son 16 il ərzində isə biz birlikdə işləyirik. Demək olar ki, hər gün əlaqədəyik, gündə bir neçə dəfə təmasdayıq. Ölkəmizin uğurlu, hərtərəfli inkişafında sizin çox böyük və danılmaz rolunuz var. Mənim sizə böyük hörmətim var. Siz həmişə dövlətçiliyi hər şeydən üstün tutmusunuz və bu gün Azərbaycan dövləti inkişaf edir, qarşıda duran bütün vəzifələr icra olunur. Bu vəzifələrin icrasında sizin böyük rolunuz vardır.
Ancaq həyat yerində durmur, artıq yaşınız səksəni keçib və siz də həmişə deyirdiniz ki, biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək, onlar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun. Gənclər elə yetişməlidir ki, gələcəkdə onlar ölkəmizi layiqincə idarə edə bilsinlər. Gənclər milli ruhda tərbiyə olunmalıdır. İndi siz də yaxşı bilirsiniz, bu qloballaşma adı altında demək olar ki, bəzi ölkələrin, xalqların milli mənliyi elə bil, silinmək təhlükəsi ilə üzləşib. Qloballaşma adı altında eyniləşmə gedir, bəzi xalqlara yad olan dəyərlər aşılanır və biz buna müqavimət göstəririk. Biz elə gənclər yetişdirməliyik ki, onlar Vətənə, xalqa bağlı olsunlar, müstəqilliyi hər şeydən üstün tutsunlar. Ona görə də gənc kadrların qabağa çəkilməsi onlara imkan verir ki, həm təcrübə toplasınlar, həm də artıq yaşlı kadrlar öz məsləhətlərini verməklə onları düzgün yola istiqamətləndirirlər.
Mən bilirəm ki, siz elmi işlərlə də fəal məşğulsunuz, bir çox böyük elmi əsərlərin müəllifisiniz. Bilirəm, sizin də istəyiniz ondan ibarətdir ki, bundan sonra elmi işlərlə məşğul olasınız. Sizin çox böyük potensialınız var və müəllifi olduğunuz kitablar çox böyük diqqətə və qiymətə layiqdir.
Xalq, dövlət qarşısında göstərdiyiniz xidmətlərə görə mən sizi bu gün dövlətimizin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edirəm. Siz bilirsiniz ki, bu orden bir çox hallarda xarici dövlət və hökumət başçılarına verilir, hər kəsə yox. Bu orden doğrudan da xalqımızın, dövlətimizin dostlarına, ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynamış dövlət və hökumət başçılarına, ziyalılara, incəsənət xadimlərinə verilir. Ona görə bu ordenin sizə verilməsi əlbəttə ki, xüsusi məna daşıyır, siz buna layiqsiniz. İlk növbədə, ona görə ki, uzun illər ərzində ulu öndər Heydər Əliyevə və dövlətə sədaqətlə xidmət etmisiniz. Ulu Öndərin adını daşıyan bu orden sizə bütün əsaslar olmaq şərtilə verilir. Əminəm ki, siz gələcək fəaliyyətinizdə də ümumi işimizə dəyərli töhfələr verəcəksiniz. İndi isə icazə verin bu ordeni sizə təqdim edim.
Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Ramiz Mehdiyevə təqdim etdi.
Ramiz Mehdiyev dedi:
- Hörmətli cənab Prezident.
Sizə xüsusi təşəkkür edirəm ki, məni dövlətimizin ən yüksək mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif etdiniz. Heydər Əliyev Azərbaycan tarixində yaşayıb-yaratmış görkəmli ictimai və siyasi xadimlər sırasında Ümummilli Lider səviyyəsinə yüksəlmiş yeganə şəxsiyyətdir. Onun adına təsis olunmuş bu ali ordenlə təltif olunmaq hər bir dövlət qulluqçusunun, hər bir ictimai və siyasi xadimin arzu etdiyi ali mükafatdır. Bu tarixi məqamı mənə yaşatdığınıza görə bir daha Sizə minnətdarlığımı bildirir, Azərbaycanın inkişafında bundan sonra da yeni nailiyyətlər və uğurlar arzulayıram. Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu olmuş, xalqımızın qəlbində əbədi məskən salmış Ulu Öndərin xatirəsi saydığım bu ali mükafat mənim həyatda nail olduğum və qazandığım ən böyük mükafatdır. Buna görə Sizə, cənab Prezident, bir daha öz dərin təşəkkürümü bildirirəm.
Sizə məlum olduğu kimi, cənab Prezident, həyatımın əlli dörd ilini dövlət qulluğunda keçirmişəm. Onun 29 ilini ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında yaşamışam. Son 16 ildə isə bilavasitə Sizin rəhbərliyiniz altında çalışmışam. Həyata keçirdiyiniz siyasi-iqtisadi, sosial-mədəni kursun böyük uğurlu nəticələr verdiyinin bilavasitə şahidi olmuşam. Sizin silahdaşınız olaraq çalışmışam ki, tapşırıqlarınızı vaxt itirmədən icra edim. Deyə bilərəm ki, Sizin, cənab Prezident, nadir siyasi şəxsiyyət və görkəmli dövlət rəhbəri kimi fəaliyyətinizi və qiymətinizi gördüyünüz işlər müəyyən edir. Mərd və genişürəkli xalqımız buna böyük qiymət verir.
Son 16 il ərzində Azərbaycan Sizin rəhbərliyinizlə modernləşərək yeni bir keyfiyyət mərhələsinə qədəm qoydu. Ölkənin siyasi, iqtisadi, mədəni həyatı yeniləşərək kökündən dəyişdi. Bu da Azərbaycan xalqının həyat səviyyəsini yüksəltdi, onun problemlərinin böyük qismini həll etdi və dövlətlə xalqı vahid bir platformada birləşdirdi.
Sizin nümayiş etdirdiyiniz praqmatizm, çevik və ağıllı dövlət siyasəti, sistemli və ardıcıl yanaşma ölkəmizin milli maraqlarının təmin olunmasında önəmli rol oynamış və onun müasir inkişafını təmin etmişdir.
Dövlətin idarə olunmasında, milli maraqların qorunmasında nümayiş etdirdiyiniz uzaqgörənlik, prinsipiallıq, daxili siyasətdə təlqin etdiyiniz yüksək idarəçilik, ciddi və humanist yanaşma bir siyasətçi olaraq Sizin həm siyasətinizi, həm də şəxsiyyətinizi xarakterizə edən ali keyfiyyətlərdir. Biz dünya tarixində öz dəstxəti ilə dərin iz buraxmış məşhur dövlət başçılarının simasında müşahidə etdiyimiz bütün əsas və ən yüksək keyfiyyətləri bu 16 il müddətində, möhtərəm cənab Prezident, Sizdə müşahidə etmişik. Tarix elə gətirdi ki, üçüncü minilliyin başlanğıcında Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətini idarə etmək və gələcəyə aparmaq Sizə nəsib oldu.
Azərbaycanı modernləşdirmək, XXI əsrin çağırışlarının tələblərini nəzərə alaraq, xalqımızı öz ətrafınızda birləşdirmək, dövlətimizi yeni inkişaf mərhələsinə qovuşdurmaq missiyası məhz Sizə nəsib oldu. Bu gün heç kim inkar edə bilməz ki, cənab Prezident, Siz bu ali və tarixi missiyanın öhdəsindən layiqincə gəldiniz. Əgər Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin banisi kimi öz adını tarixə yazdırdısa, Siz müasir və inkişaf etmiş Azərbaycan dövlətinin qurucusu olaraq tarixə düşdünüz.
Böyük dövlət təşkilatçısı olaraq, Siz xalqımızın daxili enerjisini ölkəmizin qarşısında duran vəzifələrin həlli üçün bacarıqla səfərbər edirsiniz. Bu gün Azərbaycan Sizin səylərinizlə inkişaf etmiş ölkələrin siyahısına daxil olubdur.
Çoxşaxəli və uğurlu siyasi fəaliyyətinizin nəticəsi olaraq, Sizin beynəlxalq sahədə çox böyük nüfuzunuz var. Bunu böyük dövlət başçıları qeyd edir, xarici mətbuat və nüfuzlu beynəlxalq qurumların rəhbərləri bildirirlər, Sizi islahatçı Prezident adlandırırlar.
Son 100 ildə ulu öndər Heydər Əliyevlə birlikdə Siz Azərbaycan tarixinə düşmüş ən görkəmli siyasi lider sayılırsınız. Azərbaycan vətəndaşları böyük qürur hissi keçirirlər ki, xalqımızın belə siyasi rəhbəri ilə bir dövrdə yaşayırlar.
Siz müstəqil Azərbaycanın dövlət qulluğu sisteminin yeni bir sivil ənənəsini yaratdınız. Bu gün bütün Azərbaycan cəmiyyəti uzun müddət Azərbaycan dövlətçiliyinə xidmət göstərmiş, dövlət qulluğu sistemində məsuliyyətlə və sədaqətlə çalışmış yüksək vəzifəli şəxslərin ölkə Prezidenti tərəfindən hansı hörmət və izzətlə yola salınması prosedurundan danışır. İnanıram ki, bu ənənə gələcəkdə də dövlət-cəmiyyət münasibətlərində öz xoş izlərini buraxacaq. Bu ənənə vəzifəyə təyin olunan insanlar üçün hansı xoş əhval-ruhiyyəni bəxş edirsə, vəzifəsini başa vurub təqaüdə gedən insanlar üçün də eyni xoş ovqatı aşılayacaqdır. Bu ənənəni yaratdığınız üçün, cənab Prezident, Siz böyük şəxsiyyət kimi bir daha ucaldınız.
Fürsətdən istifadə edib mənim ünvanıma səsləndirdiyiniz bütün xoş sözlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizi əmin etməyi özümə borc bilirəm ki, mən Heydər Əliyevlə və onun davamçısı kimi şəxsən Sizinlə birlikdə çalışmağı həmişə özümə şərəf saymışam. Bu xidmətin məsuliyyətini həmişə dərindən dərk etmişəm. Çalışmışam ki, mənim rəhbərlik etdiyim sahələrdə bütün işlər yürüdülən siyasətə uyğun olsun. Mənim fəaliyyətimdə dövlətçilik prinsipi bütün dövrlərdə ümdə olub. Hesab edirəm ki, harada işləməyimdən asılı olmayaraq, hər an məsuliyyət hissini gözləmişəm, ciddi, tələbkar və təvazökar olmağa çalışmışam. Əlbəttə, hər bir digər məmur kimi, mənim də görə biləcəyim işlərin həddi var və indiyə qədər nəyə nail ola bilmişəmsə, o haqda Siz artıq öz fikirlərinizi bildirdiniz.
Sizi əmin etmək istəyirəm ki, möhtərəm cənab Prezident, bundan sonrakı həyatımda və fəaliyyətimdə də mən həmişə Ümummilli Liderin siyasətini, Sizin həyata keçirdiyiniz siyasi kursu rəhbər tutaraq əlimdən gələni əsirgəməyəcəyəm. Sizin həyata keçirdiyiniz siyasət Azərbaycan dövlətinin inkişafına və xalqımızın firavan, təhlükəsiz həyatının qurulmasına xidmət göstərir. Ona görə də düşünürəm ki, hansı mövqedə fəaliyyət göstərməsindən asılı olmayaraq Vətənini sevən hər bir azərbaycanlı bu kursu dəstəkləməlidir, Sizin ətrafınızda olmalıdır və dövlətçiliyə xidmət göstərməlidir. Siz Azərbaycan xalqının, dövlətinin şərəfli Prezidentisiniz. Öz dövlətimizə bütün səylərimizlə xidmət etməliyik və onu qorumalıyıq.
Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun Ramiz müəllim. Mən də xoş sözlərə görə təşəkkür edirəm. Bir daha mükafat münasibətilə sizi təbrik edirəm.
Ramiz Mehdiyev: Çox sağ olun, cənab Prezident.
Bölməyə aid digər xəbərlər

Dünən, 17:04
Rusiya Azərbaycana nota verib
30-06-2025, 17:51
Azərbaycanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
30-06-2025, 17:45
Bəylər Eyyubov yeni vəzifəyə təyin olunub
30-06-2025, 17:11
İşçi qrupun ştat və xidməti maşınlarının sayı artırılıb
30-06-2025, 16:51
Ersin Tatar Azərbaycana gəlir
30-06-2025, 16:46
Ərdoğan Azərbaycana səfər edəcək
30-06-2025, 14:15
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
30-06-2025, 11:23
Bir qrup xarici vətəndaş İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
29-06-2025, 13:20
Rezidenturaya qəbul imtahanı keçirilib - (Yenilənib)
29-06-2025, 00:40
Aleksey Overçukun Azərbaycana səfəri ləğv olunub
28-06-2025, 23:57
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirdilər”
28-06-2025, 21:41
Zaxarovadan azərbaycanlılarıın saxlanılması haqqında - Açıqlama
27-06-2025, 11:32
Nazirlik və dövlət komitəsi vətəndaşlara müraciət edib
26-06-2025, 12:14
İlham Əliyevlə İran prezidenti arasında telefon danışığı olub
26-06-2025, 10:29
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26-06-2025, 00:00
Bu gün Silahlı Qüvvələri Günüdür
25-06-2025, 18:04
Ordu günü Bakı, Gəncə, Xankəndi və Laçında yürüş olacaq
25-06-2025, 15:26
İlham Əliyev Türk Dövlətləri Təşkilatı ilə bağlı sazişi təsdiqləyib
25-06-2025, 12:51
Həbsxanalarla bağlı Fəaliyyət Planı təsdiqlənib
25-06-2025, 09:18
Bakıda beynəlxalq konfrans keçirilir
24-06-2025, 17:03
Böyük Qayıdış Proqramı: yeni alt işçi qrupları yaradılıb
24-06-2025, 15:05
Dövlət informasiya ehtiyatları və sistemləri barədə qərar qəbul olunub
24-06-2025, 14:06
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
24-06-2025, 13:56
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
24-06-2025, 12:32
Prezident İlham Əliyev Mingəçevirə gedib - (Yenilənib) - Fotolar
24-06-2025, 11:45
İlham Əliyev italiyalı naziri Mingəçevirdə qəbul edib - (Yenilənib)
24-06-2025, 11:20
Milli Məclis Ali Baş Komandana təbrik ünvanlayıb
23-06-2025, 23:45
Bakıdan Qətərə uçan təyyarə yarıyoldan geri dönüb
23-06-2025, 16:44
İsrailin münaqişəyə son qoymaq niyyəti İrana çatdırılıb
21-06-2025, 17:40
Diplomatların Qarabağa səfəri başa çatıb - Foto
21-06-2025, 16:49
İlham Əliyevin müraciəti BMT sənədi kimi yayılıb
20-06-2025, 19:40
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
20-06-2025, 18:29
Bugünkü sertifikasiyada 3 300 müəllim istirak edib
20-06-2025, 16:13
İlham Əliyev UFC-nin prezidentini qəbul edib - Fotolar
20-06-2025, 13:59
Prezident Çinlə yeni saziş haqqqında Fərman imzalayıb
20-06-2025, 13:52
İlham Əliyev Çinlə Əməkdaşlıq Planını təsdiqləyib
20-06-2025, 09:13
Diplomatlar Laçına səfər ediblər
20-06-2025, 00:05
Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçiriblər
19-06-2025, 23:13
İlham Əliyevin Türkiyəyə səfər başa çatıb
19-06-2025, 16:11
İlham Əliyev Türkiyədə işgüzar səfərdədir - (Yenilənib) - Fotolar
19-06-2025, 16:02
Bolqarıstan İrandakı səfirliyini Azərbaycana köçürüb
19-06-2025, 14:27
Macarıstan öz səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb
19-06-2025, 11:11
İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib