20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
BMT rəsmisindən Qarabağ açıqlaması: "Güc tətbiq etməklə dəyişdirilmiş sərhədləri tanımırıq"
Tarix: 24-10-2019 18:54 | Bölmə: Gündəm
BMT rəsmisindən Qarabağ açıqlaması: "Güc tətbiq etməklə dəyişdirilmiş sərhədləri tanımırıq"

"Birləşmiş Millətlər Təşkilatı ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi məsələləri hər zaman vacib hesab edir. Buna əsaslanaraq BMT beynəlxalq hüququn formalaşması prosesinə öz dəstəyini verib. BMT dünya ölkələrinə müraciət edərək dövlətlərin sərhədlərinin toxunulmazlığını bu prinsipin qorunmasına səsləyir".

Reyting
xəbər verir ki, bu fikirləri oktyabrın 24-də ADA Universitetində BMT-nin yaranmasının 74-cü ildönümünə həsr olunan tədbirdə BMT Baş Assambleyasının Prezidenti Ticani Məhəmməd-Bande deyib.

BMT-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etməsi və bu qətnamələrə əməl edilməməsi məsələsinə münasibət bildirən Ticani Məhəmməd-Bande bildirib ki, BMT öz mövqeyini qəbul olunmuş qətnamələri vasitəsilə nümayiş etdirir: "BMT bunu da vacib hesab edir ki, dövlətlərin sərhədləri dəyişdirilməməli, toxunulmaz olaraq qalmalıdır. Biz razılaşma olmadan və hər hansı güc tətbiq etməklə dəyişdirilmiş sərhədləri tanımırıq. Bu baxımdan sərhədlər toxunulmaz olaraq qalmalıdır. Bununla bağlı həm BMT Baş Assambleyasının, həm də Təhlükəsizlik Şurasının mövqeyi var və bu mövqe dəyişməz olaraq qalır. Bu gün elə bir mexanizm olmalıdır ki, bu mexanizmlə mübahisələr öz həllini tapsın, sülh bərqərar olsun. BMT-nin rolu həmin mexanizmə yardım etməkdən ibarətdir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər