21:18 / 25-11-2025
AFFA-da dəyişikliklər olub
ÇL: "Qalatasaray" doğma meydanında uduzub
Tarix: 25-11-2025 23:45 | Bölmə: Xəbərlər
ÇL: "Qalatasaray" doğma meydanında uduzub

Bu gün UEFA Çempionlar Liqasının 5-ci turu çərçivəsində "Qalatasaray" İstanbulda Belçikanın "Union Saint-Gilloise" komandasını qəbul edib.

Reyting.az
 xəbər verir ki, Bakı vaxtı ilə saat 21.45-də başlayan matça İstanbul komandası itkilərlə çıxıb.

Belə ki, komandanın nigeriyalı hücumçusu Viktor Osimhen zədə, Eren Elmalı isə mərc oyunlarında iştirakına görə cəza aldığı üçün heyətdən çıxarılıb.

Oyunda ilk hissə başa çatıb.

56-cı dəqiqədə qonaqlar hesabı açıblar - 0:1

88-ci dəqiqədə Arda Ünyay qırımızı kartla "Qalatasaray"ı azlıqda qoyub.

Matç bu hesabla başa çatıb.

Qeyd edək ki, bu oyundan sonra "Qalatasaray" 9 xalda qalıb., Belçika komandası isə xalını 6-ya yüksəldib(Mia.az).




Bölməyə aid digər xəbərlər