17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Berdiməhəmmədov Bakıda: "Bu təhdidlərin qarşısını almaq üçün müvafiq alətlər ortaya qoya bilərik”
Tarix: 25-10-2019 17:09 | Bölmə: Gündəm
Berdiməhəmmədov Bakıda: "Bu təhdidlərin qarşısını almaq üçün müvafiq alətlər ortaya qoya bilərik”

"Dünyada ortaya çıxan yeni geosiyasi şərtlər yeni yanaşmalar və müvafiq qərarlar tələb edir".

Bu barədə Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII zirvə görüşündə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirib.

"Bu gün strateji sabitliyi və təhlükəsizliyi qoruyub saxlamaq üçün birgə səylər göstərilməlidir. Heç şübhəsiz, hamımız bir yerdə bu təhdidlərin qarşısını almaq üçün müvafiq alətlər ortaya qoya bilərik”, - deyən dövlət başçısı terrorçuluğa qarşı mübarizə, qaçqınlarla bağlı məsələlər kimi sahələrdə müvafiq mexanizmlər yaratmağın vacibliyini vurğulayıb.

"Türkmənistan dünyanın enerji təhlükəsizliyini təmin etmək üçün böyük səylər göstərir”, - deyən dövlət başçısı Qoşulmama Hərəkatı ölkələri arasında iqtisadi əməkdaşlığın da əhəmiyyətini qeyd edib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}