İlham Əliyev Esvatininin Kralı ilə görüşüb - Fotolar
Tarix: 26-10-2019 20:04 | Bölmə: Gündəm
İlham Əliyev Esvatininin Kralı ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Esvatininin Kralı Əlahəzrət III Msvati ilə görüşüb.

Reyting.az
xəbər verir ki, görüşdə Esvatininin Kralı Əlahəzrət III Msvati Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyini vurğulayıb və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin əhəmiyyəti vurğulanıb. Müxtəlif sahələrdə, o cümlədən turizm, energetika, elm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

İlham Əliyev Esvatininin Kralı ilə görüşüb
İlham Əliyev Esvatininin Kralı ilə görüşüb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}