Azərbaycanda nazir postundan azad olundu - Polis rəisi ilə xidmət rəisi isə yüksək vəzifələrə təyin edildi
Tarix: 27-04-2020 21:08 | Bölmə: Gündəm
Azərbaycanda nazir postundan azad olundu - Polis rəisi ilə xidmət rəisi isə yüksək vəzifələrə təyin edildi

Bu gün Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri Suliddin Əliyev vəzifəsindən azad edilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fərman imzalayıb.

V.Talıbovun digər fərmanı ilə Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri təyin edilib.

Qeyd edək ki, Daşqın Rəhimov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində çalışıb.

Ali Məclis sədrinin digər fərmanı ilə Mirzə Xəlil oğlu Cəlilov Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunub.

Məlumata görə, Mirzə Cəlilov bundan əvvəl Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər