Gəncədə uçqun olub, ölən var
Tarix: 07-09-2025 16:15 | Bölmə: Xəbərlər
Gəncədə uçqun olub, ölən var

Gəncə şəhəri, Mirzə Yusif Axundzadə küçəsində ev tikintisi zamanı uçqun olub.

Reyting.az
xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyindən (FHN) bildiriblər.

FHN-nin "112" qaynar telefon xəttinə həmin ünvanda bir nəfərin dağıntılar altında qalması barədə məlumat daxil olub. Dərhal FHN-nin Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, söküntü işləri aparılarkən tikilinin bir hissəsinin uçması nəticəsində orada çalışan vətəndaş dağıntı altında qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində dağıntı altında qalmış 1985-ci il təvəllüdlü Kərimov Taleh İdris oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər mənbələr hadisə nəticəsində daha 3 nəfərin xəsarət aldığını bildirirlər.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər