Türkiyə və Çin liderləri Orta Dəhlizi müzakirə ediblər
Tarix: 01-09-2025 07:57 | Bölmə: Gündəm
Türkiyə və Çin liderləri Orta Dəhlizi müzakirə ediblər

Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının bövlət başçıları Şurasının 25-ci Zirvə Toplantısı çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Çin sədri Si Cinpin görüşüb.

Reyting.az
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, Türkiyə dövlətinin başçısı həmkarına sammitə dəvətə görə təşəkkür edib:

“Dəvətiniz təkcə mənim üçün dəyərli deyil, həm də dərin məna daşıyır. Şanxay Əməkdaşlıq Təşkilatının tarixində ən geniş iştiraklı zirvə toplantısı münasibətilə sizinlə yenidən görüşməyimə şadam”.

Məlumata görə, Türkiyə və Çin liderləri Orta Dəhlizin “Bir kəmər, bir yol”la uzlaşdırılmasını müzakirə ediblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər