15:09 / 05-09-2025
Kabab qonaqlığı - Hekayə
Kafedə iki nəfəri güllələyiblər - (Yenilənib)
Tarix: 06-09-2025 15:11 | Bölmə: Xəbərlər
Kafedə iki nəfəri güllələyiblər

Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

Reyting.az
DİN-nin Mətbuat Xidmətinin regional qrupuna istinadla bildirir ki, odlu silahdan açılan atəş nəticəsində iki nəfər kənd sakini xasarət alıb. Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***

Beyləqan rayonunun Şahsevın qəsəbəsi ərazisində yerləşən kafedə baş verən silahlı insident zamanı 2 nəfər xəsarət alıb. 

Reyting.az
"Report"a istinadla xəbər verir ki, insident zamanı xəsarət alan 1983-cü il təvəllüdlü Fərzəliyev Zamiq Nürəli oğlu və 1988-ci il təvəllüdlü Məmmədov Natiq Tofiq oğlu Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisəni törədən qəsəbə sakini 1988-ci il təvəllüdlü Əhmədov Ceyhun Rza oğlunun saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.




Bölməyə aid digər xəbərlər