00:18 / 04-09-2025
Millimiz qalib gəlib
17:18 / 03-09-2025
Saxta domenlər bloklanıb
İstanbul-Səmərqənd təyyarəsi Bakıya məcburi eniş edib
Tarix: 04-09-2025 09:43 | Bölmə: Gündəm
İstanbul-Səmərqənd təyyarəsi Bakıya məcburi eniş edib

İstanbul-Səmərqənd marşrutu üzrə uçan "Centrium Air" aviaşirkətinə məxsus "Airbus A321" tipli hava gəmisi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib.

Reyting.az
xəbər verir ki, bunu hava limanından bildiriblər.

Məlumata görə, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub.

Təyyarə yerli vaxtla saat 08:29-da Bakı hava limanına uğurla eniş edib.

Hava limanının bütün aidiyyəti xidmətləri dərhal yüksək hazırlıq vəziyyətinə gətirilib. Tibbi heyət sərnişinə yerində ilkin yardım göstərib, vəziyyəti qiymətləndirildikdən sonra isə onun paytaxt xəstəxanalarından birinə yerləşdirilməsinə qərar verilib.

Sərnişinlərin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi Heydər Əliyev Beynəlxalq Aeroportunun əsas prioritetidir. Bu məqsədlə bütün xidmətlər operativ və tam koordinasiya olunmuş rejimdə fəaliyyət göstərir.




Bölməyə aid digər xəbərlər