İlham Əliyev "ŞƏT plyus" formatındakı görüşdə çıxış edib - (Yenilənib)
Tarix: 01-09-2025 15:09 | Bölmə: Gündəm
İlham Əliyev  "ŞƏT plyus" formatındakı görüşdə çıxış edib

Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında görüş keçirilir.

Reyting.az
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

***

Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır.

Reyting.az
 xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən görüşdə çıxışı zamanı bildirib.

"Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk", - deyə dövlət başçısı əlavə edib.

Prezident İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan ÇXR Sədrinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyənlərdən biri olub və bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirir.

***

Azərbaycan Çinin beynəlxalq sülh, təhlükəsizlik və inkişafı təşviq etmək üçün irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyib.

Reyting.az
xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən iclasda çıxışı zamanı deyib: "Biz, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq".




Bölməyə aid digər xəbərlər